“Dedim ki, adınız Toyotadır?” - Video

dedim-ki-adiniz-toyotadir
Oxunma sayı: 880

ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda (WEF) çıxışı zamanı Yaponiyanın avtomobil nəhəngi “Toyota”nın baş icraçı direktoru Akio Toyoda ilə aralarında baş vermiş zarafatyana dialoqu xatırladıb və bu sözlər zalda gülüşə səbəb olub.

“Qafqazinfo”nun məlumatına görə, Tramp bildirib ki, Yaponiyada Akio Toyoda ilə tanış olarkən ona zarafatla bir neçə sual ünvanlayıb.

Prezidentin sözlərinə görə, əvvəlcə Toyodadan adını soruşub:

“Dedim, adınız “Toyota”dır?” O da cavab verdi: “Bəli”. Sonra soruşdum: “Yəni avtomobil şirkətinin sahibisiniz?” O isə dedi: “Bəli, şirkətin 92 faizi mənimdir”.

Tramp əlavə edib ki, bu cavabdan sonra Toyodaya “Bu qədər dəqiq deməyinizə ehtiyac yox idi” deyə zarafat edib. Ardınca isə onun sərvətinə toxunaraq “Siz çox varlısınız” söylədiyini bildirib.

Toyodanın buna “Bəli, bəli, çox varlıyam” cavabı verdiyini deyən Tramp bu xatirəni danışarkən zalda gülüş səsləri yüksəlib.

ABŞ prezidenti qeyd edib ki, Akio Toyoda hazırda ABŞ-də 10 milyard dollar dəyərində yeni istehsal müəssisələrinin yaradılacağını elan edib. Tramp bu investisiyaları “misilsiz” adlandıraraq bildirib ki, bu miqyasda yatırımlar indiyədək görünməyib və ABŞ iqtisadiyyatı üçün son dərəcə müsbət göstəricidir.