Ukrayna Prezidenti Volodimir Zelenski Davosa yollanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.
Ukrayna lideri Davosda ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Xatırladaq ki, D.Tramp yanvarın 21-də Davos İqtisadi Forumunda çıxışı zamanı ukraynalı həmkarı ilə görüşəcəyini bildirmişdi.
***
Davosda V.Zelenski və D.Tramp arasında görüş başlayıb.
***
Tərəflər arasında danışıqlar başa çatıb.
Trampla Zelenskinin görüşü 1 saatdan az davam edib.
Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov görüş barədə açıqlama verərək, ümumi danışıqların yaxşı keçdiyini bildirib.
Bununla belə, o, danşıqların nəticəsinin hələ məlum olmadığını vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər