“Belə oyundan sonra çatışmazlıqdan danışmaq düzgün olmaz”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qarabağ” - “Ayntraxt” (3:2) matçından sonra Abdullah Zubirin oyunu ilə bağlı sualı cavablandırarkən deyib.
“Bizim elə oyunçularımız var ki, onların qol epizodu az olur, amma onun etdikləri bizim oyun balansını qoruyub saxlamağımız üçün ən vacib məsələlərdir. Zubir də ən vacib oyunçulardandır. O, komandada ən çox topla davranan oyunçudur.
Elə oyunçu var ki, 40 dəfə topa toxunur, Zubir hər matçda 70-90 dəfə topla təmasda olur. Bu da topun bizdə nə qədər çox qalması deməkdir. Həm hücumda, həm də müdafiədə ondan razı qaldım. Meydanda ən hərəkətli oyunçulardandır”.
Son xəbərlər
Son Xəbərlər