Yevlaxda dəm qazı zəhərlənməsindən bir nəfər ölüb, 4 nəfər xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhər ərazisində baş verib.
Belə ki, şəhər sakini, 1959-cu il təvəllüdlü İsmayılov Məhəmməd zəhərlənmədən vəfat edib, dörd nəfər isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Yevlax Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 06:10 radələrində 4 nəfər şəxs (3 kişi, 1 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Onlara dəm qazından zəhərlənmə diaqnozu təyin edilib.
Pasiyentlərdən 2005-ci il və 1987-ci il təvəllüdlü şəxsləri vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. 1982-ci il və 2007-ci il təvəllüdlü şəxslər isə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətləri ağır olaraq qiymətləndirilir”.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər