“Heç istəmərəm ki, məni tərifləsinlər”

hec-istemerem-ki-meni-teriflesinler
Oxunma sayı: 481

“Heç istəmərəm ki, məni tərifləsinlər. Bunu ürəkdən deyirəm. Mən sadəcə öz işimi görməyə çalışıram”. 

“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qarabağ” - “Ayntraxt” (3:2) matçından sonra jurnalistlərə açıqlamasında deyib.

“Düzü, tənqid də etmələrini istəmərəm. Çünki insanıq, bilmirik ki, kimin hansı problemləri var. Bu gün siz bilmirsiniz ki, mənim hansı problemlərim var, bəlkə, mənim həyatda problemlərim var, ya futbolçularımın həyatında problem var, özümüzü bəzən tam motivasiya edə bilmirik.

Tərif-tərif, sonda bəzən görürsən ki, insan işində, həyatda elə səhv edir ki, o təriflər hamısı qalır geridə. İstəmərəm ki, sabah belə hallar olsun. Öz xalqımı, millətimi çox istəyirəm. Hansı tənqidlər olsa, nə olasıdır ki? Özümüzük, qardaş-bacı...Normal qəbul edirəm. Sadəcə tərif istəmirəm”, - o qeyd edib.