“Qarabağ”ın oyununda VAR problemi olub? - Açıqlama

qarabagin-oyununda-var-problemi-olub
Oxunma sayı: 2307

Ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda keçirilən “Qarabağ” – “Ayntraxt” (3:2) oyununda VAR sisteminin işləməməsi gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın startında yaşanan gecikməyə səbəb kimi VAR-da yaranan problem göstərilib.

Klubdan saytımıza verilən açıqlamada isə heç bir çətinlik olmadığı deyilib: “Qarşılaşmanın əvvəlində VAR və hakim arasındakı əlaqədə çətinlik olub, yəni rabitə problemi yaşanıb. Daha sonra bu problem aradan qaldırılıb. Oyunboyu isə VAR-la bağlı heç bir çətinlik yaşanmayıb”.