Bəhlul Azərbaycanın ÇL-də 150-ci qolunu vurdu

behlul-azerbaycanin-cl-de-150-ci-qolunu-vurdu
Oxunma sayı: 601

Azərbaycan klublarının UEFA Çempionlar Liqasında vurduğu qolların ümumi sayı 150-yə çatıb.

“Qafqazinfo” PFL-in saytına istinadən xəbər verir ki, yubiley qolunu Bəhlul Mustafazadə vurub.

“Qarabağ”ın müdafiəçisi Liqa mərhələsinin 7-ci turunun “Ayntraxt”la (Frankfurt, Almaniya) ev matçında qələbə topunun müəllifi olub – 3:2. Azərbaycan komandaları qitənin ən nüfuzlu klub turnirinin təsnifat və əsas mərhələlərinə keçirilən 116-cı matçda 150-yə çatıb.

Bu qollara 7 komanda imza atıb. “Qarabağ” hamıdan çox – 110 dəfə fərqlənib. “Neftçi” 18, “Bakı” 7, “Şəmkir” 6, “Kəpəz” 4, “Şamaxı” 3, “Xəzər Lənkəran” 2 qola sevinib. 150 qoldan 135-i təsnifat və pley-off, 15-i əsas mərhələlərdə (qrup və liqa) vurulub.

Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycan təmsilçilərinin ilk qoluna İmamyar Süleymanov imza atıb. O, 1998-ci il iyulun 22-də LKS (Polşa) - “Kəpəz” qarşılaşmasında (4:1) fərqlənib.