İspaniyadakı qəzada ölənlərin sayı artdı - Yenilənib - Video

ispaniyadaki-qezada-olenlerin-sayi-artdi
Oxunma sayı: 1391

Dünən İspaniyanın cənubunda iki sürət qatarı relsdən çıxaraq toqquşub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Malaqadan Madridə gedən sərnişin qatarı relsdən çıxaraq bitişik relslərə keçib və Madriddən Huelvaya gedən qatarla toqquşub.

Hadisə nəticəsində azı 21 nəfər həlak olub, 73 nəfər isə xəsarət alıb, onlardan 30 nəfərin vəziyyəti ağırdır.

Qeyd olunub ki, relsdən çıxan birinci qatarda təxminən 300, qarşıdan gələn ikinci qatarda isə təxminən 100 sərnişin olub.

Hadisənin baş vermə səbəbi hələlik bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

***

“EFE” agentliyinin məlumatına görə, qatarların relsdən çıxması nəticəsində həlak olanların sayı 39 nəfərə çatıb.