Binəqədidə evdə yanğın - 1 nəfər tüstüdən zəhərləndi

bineqedide-evde-yangin
Oxunma sayı: 373

Bakı şəhərinin Binəqədi rayonunda evdə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin bir otağında 1 ədəd yataq dəsti yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.