“Walt Disney Co.” şirkətinin ərsəyə gətirdiyi “Zootopia 2” ABŞ tarixində ən çox gəlir gətirən animasiya filmi olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı şirkət yayıb.
Bildirilib ki, yanvarın 18-nə olan məlumata görə, film dünya üzrə kassalarda 1,7 milyard dollar gəlir qazandırıb.
Beynəlxalq auditoriyanın böyük marağına səbəb olan “Zootopia 2” bu göstərici ilə 2024-cü ildə 1,69 milyard dollar gəlir toplayan “Inside Out 2”ni geridə qoyub.
Xatırladaq ki, “Zootopia”nın ilk hissəsi 2016-cı ildə, “Zootopia 2” isə ötən ilin noyabrında kinoteatrlarda yayımlanıb.
Son xəbərlər
Son Xəbərlər