Azarkeşlər “Trabzonspor”un prezidentinin maşınına hücum çəkdilər - Foto

azarkesler-trabzonsporun-prezidentinin-masinina-hucum-cekdiler
Oxunma sayı: 776

“Trabzonspor”un prezidenti Ertuğrul Doğanın avtomobilinə hücum cəhdi olunub.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə “Kocaelispor”la qarşılaşmadan sonra baş tutub.

Matçdan sonra bəzi “Kocaelispor” azarkeşləri onun içində olduğu avtomobilinin şüşələrini yumruqlamaqla zorakılıq etməyə çalışıblar.

Təhlükəsizlik və polis qüvvələrinin erkən müdaxiləsi nəticəsində insident yatırılıb.

Qeyd edək ki, Superliqanın 18-ci turu çərçivəsində “Trabzonspor” “Kocaelispor”u 2-1 məğlub edib.