Suriyada atəşkəs - Culani bəyan etdi

suriyada-ateskes
Oxunma sayı: 838

Suriyanın lideri Əhməd əş-Şaraa (Culani) ölkənin şimal-şərqində atəşkəs elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

O, Suriya Demokratik Qüvvələri (SDF) ilə əldə olunmuş razılaşmanın müddəalarının icrasına imkan yaratmağa çağırıb.

Culani, həmçinin SDF rəhbəri Mazlum Abdi ilə bu günə planlaşdırılan görüşün “əlverişsiz hava şəraiti” səbəbindən sabaha təxirə salındığını bildirib.