XİN İspaniyaya başsağlığı verdi

xin-ispaniyaya-bassagligi-verdi
Oxunma sayı: 533

Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyada baş verən qatar qəzası ilə bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“İspaniyanın Kordoba şəhərində baş verən və çoxsaylı insan tələfatına, eləcə də çox sayda insanın yaralanmasına səbəb olan faciəvi qatar qəzası xəbəri bizi dərindən kədərləndirdi.

Həlak olanların ailələrinə və İspaniya xalqına dərin hüznlə başsağlığı veririk. Xəsarət alanlara şəfa diləyirik”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, İspaniyanın cənubunda iki sürət qatarının relsdən çıxaraq toqquşması nəticəsində 39 nəfər həlak olub.