Buraxılış və qəbul imtahanlarının tarixi nə vaxt açıqlanacaq?

buraxilis-ve-qebul-imtahanlarinin-tarixi-ne-vaxt-aciqlanacaq
Oxunma sayı: 906

Hər il yanvar ayının əvvəlində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunacaq imtahanların illik qrafiki ictimaiyyətə təqdim olunur. Hazırda yanvarın ikinci ongünlüyü başa çatmaq üzrə olsa da, hələ də 2025/2026-cı tədris ili üçün buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanmayıb. 

“Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün DİM-ə müraciət edib.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, 2026-cı ildə keçiriləcək imtahanların qrafiki bu ay ərzində elan olunacaq.

“Hazırda bəzi imtahanların qrafiki üzərində müzakirələr aparılır. Qrafikin yanvar ayı ərzində elan edilməsi nəzərdə tutulur”, - DİM-dən bildirilib.

Gülnar Əliyeva