Polkovnik-leytenant vəfat edib - Foto

polkovnik-leytenant-vefat-edib
Oxunma sayı: 1946

I Qarabağ müharibəsi qazisi polkovnik-leytenant Sakit Niftiyev vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, o, yaşadığı Cəlilabad rayonunda ürəktutmadan dünyasını dəyişib.

Mərhum ötən gün rayonun Kazımabad kəndində dəfn edilib.

Qeyd edək ki, I Qarabağ müharibəsinin qazisi olan S.Niftiyev müharibədən sonrakı illərdə də orduda xidmətinə davam edib və daha sonra ehtiyata buraxılıb.