“Şəfa” Elgiz Kərəmli ilə yollarını ayırdı

sefa-elgiz-keremli-ile-yollarini-ayirdi
Oxunma sayı: 321

“Şəfa” futbol klubu baş məşqçisi Elgiz Kərəmli ilə yollarını ayırıb.

Bu barədə “Qafqazinfo”ya klubdan məlumat verilib. 

Bildirilib ki, 34 yaşlı mütəxəssis “Şəfa”nın Premyer Liqaya qayıtmasında pay sahibi olub. Onun rəhbərliyi ilə komanda əvvəlcə 2024/25 mövsümündə İkinci Liqanın gümüş mükafatçısı, 2025/26 mövsümündə isə Birinci Liqanın çempionu olub.