“Baku Medical Plaza” Mərdəkan Reabilitasiya Pansionatında müayinələr keçirdi

baku-medical-plaza-merdekan-reabilitasiya-pansionatinda-muayineler-kecirdi
Oxunma sayı: 330

Ölkəmizdə yüksək səviyyəli tibbi xidmətləri ilə seçilən “Baku Medical Plaza” klinikalar şəbəkəsinin Mərkəz filialı tərəfindən Qurban Bayramı münasibətilə sosial aksiya həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, aksiya çərçivəsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Mərdəkan Reabilitasiya Pansionatında müalicə alan əlilliyi olan şəxslər üçün ödənişsiz tibbi müayinələr təşkil olunub. 

Məqsəd bayram günlərində xüsusi qayğıya ehtiyacı olan şəxslərə  dəstək göstərmək, onların sağlamlığına diqqət ayırmaq və tibbi xidmətlərin əlçatanlığını təmin etməkdir. 

Aksiyada filial rəhbərliyi və yüksək ixtisaslı həkim heyətinin iştirakı ilə pansionat sakinləri ilə görüşlər keçirilib, onların sağlamlıq vəziyyətinə diqqət yetirilib. Daha sonra yüksək ixtisaslı kardioloq, endokrinoloq, terapevt və təcili tibbi yardım həkimləri tərəfindən peşəkar tibbi müayinələr aparılıb və fərdi müalicə prosedurları təyin olunub.

Qeyd edək ki, on beş ildir fəaliyyət göstərən  “Baku Medical Plaza” klinikalar şəbəkəsi həyata keçirdiyi müxtəlif sosial layihələri ilə cəmiyyətin həssas qruplarına dəstək olmağa və  insanların sağlamlığının qorunmasına yüksək səviyyədə xidmət göstərməyə davam edir.