“Sabah” Şafranko ilə yollarını ayırdı

sabah-safranko-ile-yollarini-ayirdi
Oxunma sayı: 284

“Sabah” hücumçu Pavol Şafranko ilə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klub paylaşım edib.

Belə ki, slovakiyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.

Qeyd edək ki, 2024-cü ildən klubda çıxış edən Pavol keçirdiyi 55 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə edib.