Səfirdən maraqlı paylaşım - Oğlu azərbaycanca oxudu - Video

sefirden-maraqli-paylasim
Oxunma sayı: 1617

Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenkonun oğlu Şuşada “Şən Azərbaycan” mahnısını ifa edib.

“Qafqazinfo” xəbər veirir ki, bu barədə səfir feysbuk hesabında paylaşım edib.

“Azərbaycan Respublikasını və Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mahnı ilə oğlum Azərbaycana olan hörmətini və sevgisini ifadə edir”, - paylaşımda qeyd olunub.

Esaulenko həmçinin paylaşıma oğlu Vyaçeslav Esaulenkonun sözügedən mahnını ifa etməsini əks etdirən video da əlavə edib.

Məlumat üçün bildirək ki, səfirin oğlu Vyaçeslav Esaulenko Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən K.Səfərəliyeva adında 16 nömrəli Uşaq musiqi məktəbində vokal ixtisası üzrə təhsil alır. 

Həmin görüntüləri təqdim edirik: