İspaniyada anomal istilər 36 nəfərin həyatına son qoydu

ispaniyada-anomal-istiler-36-neferin-heyatina-son-qoydu
Oxunma sayı: 65

İspaniyada ayın əvvəlindən davam edən ekstremal isti hava şəraiti nəticəsində 36 nəfər həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “La Sexta” telekanalı məlumat yayıb.

Bildirilir ki, sonuncu ölüm halı Basklar ölkəsində qeydə alınıb. Burada havanın temperaturu 39 dərəcəyədək yüksəlib. Təkcə son sutka ərzində yüksək temperatur səbəbindən səhhəti pisləşən 34 nəfər xəstəxanaya yerləşdirilib.