Minifutbol millimiz Avropa çempionatına qələbə ilə başladı

minifutbol-millimiz-avropa-cempionatina-qelebe-ile-basladi
Oxunma sayı: 339

Azərbaycan minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, yığmamız ilk görüşdə Avstriya ilə üz-üzə gəlib.

Komandamız İsa Atayevin 36-cı dəqiqədə vurduğu yeganə qolla qalibiyyətə sevinib.

Xatırladaq ki, Azərbaycan millisi mayın 29-u İtaliya, 30-u isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.