Premyer Liqanın XI turu “Zəfər turu” elan edildi

premyer-liqanin-xi-turu-zefer-turu-elan-edildi
Oxunma sayı: 240

Misli Premyer Liqasının XI turu “Zəfər turu” elan edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb. 

Qeyd olunub ki, vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Misli Premyer Liqasının noyabrın 6-8-də keçiriləcək 11-ci turu “Zəfər turu” elan edilib. 

Bununla bağlı olaraq turun oyunlarından əvvəl stadionlarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək.