“Titanik”dən böyük tarixi gəmi okeanda batırılacaq

titanikden-boyuk-tarixi-gemi-okeanda-batirilacaq
Oxunma sayı: 32

ABŞ-nin məşhur okean layneri “SS United States” dünyanın ən böyük süni rifini yaratmaq üçün Florida sahillərində, Meksika körfəzində batırılacaq.

“Qafqazinfo” xəbər verir ki, otuz ilə yaxın Filadelfiyada sahilə lövbər salan tarixi gəmi yüksək bərpa xərcləri səbəbindən bu üsulla qiymətləndirilib.

Uzunluğu 305 metr olan bu gəmi məşhur “Titanik”dən təxminən 30 metr uzundur. 1952-ci ildə ilk səyahətində Atlantik okeanını 3 gün 10 saat 40 dəqiqəyə keçərək rekorda imza atan laynerin saatda 66 kilometrlik orta sürət göstəricisi bu günə qədər yenilənməyib.

Gəmi dəniz dibinə endirilməzdən əvvəl Alabamada zərərli kimyəvi maddələrdən, şüşə və plastik hissələrdən tam təmizlənib. 10,1 milyon dollarlıq layihə çərçivəsində dənizin 55 metr dərinliyinə batırılacaq gəmi həm dəniz canlıları üçün yeni yaşayış mühiti yaradacaq, həm də dalğıclar və balıqçılar üçün böyük cazibə mərkəzinə çevriləcək. Layihəyə paralel olaraq quruda 1 milyon dollarlıq muzeyin tikintisi də nəzərdə tutulub.