“Sabah” “Vikinq”ə qarşı

sabah-vikinqe-qarsi
Oxunma sayı: 17

Bu gün Azərbaycan təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü tur oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Valdas Dambrauskasın komandası Norveçdə “Vikinq”lə qarşılaşacaq. 

“Viking Stadium”da keçiriləcək görüş Bakı vaxtı ilə bu gecə saat 00:00-da başlayacaq. Oyunu Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Hazırda turnir cədvəlində “Sabah” 3 xalla 25-ci, “Vikinq” isə 1 xalla 33-cüdür. 

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur

00:00. “Vikinq” (Norveç) – “Sabah” (Azərbaycan)

Hakimlər: Sander van der Eyk, Rens Bluemink, Stefan de Qrot, Coui Koy

VAR: Jeroen Maşkot (Niderland)

“Viking Stadium”