Gecə saatlarında sürücünü bıçaqla təhdid edən sərnişin - Saxlanıldı

gece-saatlarinda-surucunu-bicaqla-tehdid-eden-sernisin
Oxunma sayı: 542

Noyabrın 2-də gecə saatlarında paytaxtın Biləcəri qəsəbəsində “Honda” markalı avtomobildə naməlum sərnişin sürücünü bıçaqla hədələyərək pul tələb edib.

“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı sürücü dərhal 102-yə məlumat verib.

Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törədən əvvəllər məhkum olunan Vüsal Hüseynov saxlanılıb.

Araşdırma aparılır.