İqtisadi fəaliyyətlə bağlı xərclərə nə qədər vəsait ayrılacaq?

iqtisadi-fealiyyetle-bagli-xerclere-ne-qeder-vesait-ayrilacaq
Oxunma sayı: 266

2027-ci il dövlət büdcəsində iqtisadi fəaliyyətlə bağlı xərclər üçün (Dövlət əsaslı vəsait qoyuluşu 5300,0 milyon manat vəsait istisna olmaqla) 3607.3 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 8,5 faiz təşkil edəcək.

2027-ci il dövlət büdcəsindən iqtisadi fəaliyyət xərcləri bölməsinə aid olan nəqliyyat və rabitə xərcləri üçün 785,1 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2026-cı illə müqayisədə 498,2 milyon manat və ya 2.7 dəfə. 2025-ci ilin icrası ilə müqayisədə isə 335,1 milyon manat və ya 1,7 dəfə çoxdur.

Nuranə Daxilqızı