ABŞ-də ilk səsvermə məntəqələri bağlandı

abs-de-ilk-sesverme-menteqeleri-baglandi
Oxunma sayı: 42

ABŞ-də Senatın bir hissəsinin və Nümayəndələr Palatasının tam heyətinin yenilənəcəyi ara seçkilərdə İndiana və Kentukki ştatlarında səsvermə başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, ştatlar üzrə vaxt fərqləri səbəbindən səsvermənin başlama və bitmə saatları dəyişsə də, bu iki ştat məntəqələrin bağlandığı və ilk səslərin sayılmağa başladığı ərazilər olub.

Şərq ştatlarından başlayaraq digər bölgələrdə də səsvermə məntəqələri mərhələli şəkildə bağlanır. Son səsvermə prosesinin Alyaska ştatında başa çatacağı gözlənilir.

Amerikalılar bu seçkilərdə ştat qubernatorlarını və yerli idarəetmə orqanlarının rəhbərlərini, eləcə də, Nümayəndələr Palatasının 435 yerinin tamamını və Senatdakı 100 yerdən 35-ini müəyyənləşdirirlər. Ölkənin seçki sisteminə əsasən, Nümayəndələr Palatasının üzvləri hər iki ildən bir - növbə ilə prezident seçkiləri və aralıq seçkilər zamanı yenidən seçilirlər. Altı illik müddətə seçilən senatorların isə üçdə bir hissəsi hər iki ildən bir yenilənir.

Hazırda ABŞ Senatında 53 Respublikaçı və 45 Demokrat təmsil olunur, 2 nəfər müstəqil senator isə əksər məsələlərdə Demokratlarla birgə möqvedən çıxış edir. Nümayəndələr Palatasında respublikaçılar 218, demokratlar 214, müstəqillər isə 1 yerə sahibdirlər. Palatadakı 2 yer isə hazırda boşdur.