Gələn ilin dövlət büdcəsindən İpoteka və Zəmanət Fonduna 89 milyon manat vəsait ayrılacaq.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Bundan başqa, 2027-ci ilin dövlət büdcəsində İpoteka ve Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün nəzərdə tutulmuş 89,0 milyon manat məbləğində vəsait Azərbaycan əhalisinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün əlavə imkanlar yaradacaq.
2027-ci ilin dövlət büdcəsindən dövlət əmlakının özəlləşdirilməsinin təşkili və mülkiyyət hüquqlarının qorunması ilə bağlı xərclər üçün isə 35,0 milyon manat, qeyri-neft məhsullarının ixracının təşviqi, stimullaşdırılması və bu qəbildən olan digər tədbirlərin maliyyə təminatı üçün 13.3 milyon manat, ölkə daxilində istehsal edilən və qiymətləri tənzimlənən yanacağın daşıyıcılar tərəfindən Naxçıvan Muxtar Respublikasına daşınmasına çəkilən əlavə xərclərin ödənilməsi üçün 10.0 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər