88 yaşlı qadın döyülərək qətlə yetirildi - Bacısı oğlu saxlanıldı

88-yasli-qadin-doyulerek-qetle-yetirildi
Oxunma sayı: 24

Gəncədə kişi yaşlı xalasını öldürməkdə şübhəli bilinir.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 

Belə ki, 1938-ci il təvəllüdlü Gülsüm Əliyevanın yaşadığı ünvanda ölməsi müəyyən edilib.

Aparılan istintaq tədbirləri ilə müəyyən olunub ki, 88 yaşlı qadın bacısı oğlu, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov tərəfindən döyülərək qətlə yetirilib.

Artıq Ə. Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev