Gələn il üçün Mərkəzi Bankın əsas məqsədi açıqlandı

gelen-il-ucun-merkezi-bankin-esas-meqsedi-aciqlandi
Oxunma sayı: 614

“2027-ci ildə də Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində saxlanılması olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Qiymət sabitliyi balanslaşdırılmış və dayanıqlı iqtisadi artım üçün bundan sonra da zəmin yaradacaq. Növbəti ildə də pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək. Məzənnə sabitliyi 2027-ci ildə də qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcək.

Tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı növbəti ildə də dəstəkləyəcək. 2027-ci ildə də pul bazarında qısamüddətli faizlər pul siyasətinin köməkçi əməliyyat hədəfi olaraq istifadə olunacaq. Pul bazarındakı qısamüddətli faizin faiz dəhlizi daxilində hərəkət etməsi üçün mövcud alətlərdən adekvat və çevik istifadə ediləcək. Pul siyasətinin ötürücülüyünə faiz kanalının gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək. Maliyyə sektorunun dərinləşməsi və maliyyə sabitliyinin möhkəmlənməsi pul siyasətinin ötürülcülüyünə müsbət təsir göstərəcək”, - sədr qeyd edib.

Nuranə Daxilqızı