Dağ kəndlərində işığın verilişi bərpa edilir - Video

dag-kendlerinde-isigin-verilisi-berpa-edilir
Oxunma sayı: 1379

Xəbər verdiyimiz kimi, Lerikə yağan güclü qar səbəbindən xeyli kənddə elektrik enerjisinin verilişində fasilələr yaranıb. 

“Qafqazinfo”nun məlumatına görə, hazırda qarın intensiv yağmasına baxmayaraq, “Azərişıq”ın əməkdaşları tərəfindən rayonda elektrik enerjisinin verilişinin bərpa olunması istiqamətində işlər aparılır.

Belə ki, artıq bir çox abonentin işıq problemi həll olunub. Yaxın saatlarda rayonun bütün ərazilərində işığın verilməsi bərpa olunacaq.