Tramp Qrenlandiyaya qarşı niyə aqressivdir?

tramp-qrenlandiyaya-qarsi-niye-aqressivdir
Oxunma sayı: 730

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyaya qarşı aqressiv mövqeyinin səbəbini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o bunu ötən il ona Nobel Sülh Mükafatının verilməməsi ilə əlaqələndirib.

Tramp ​​Norveçin baş nazirinə artıq təkcə sülh haqqında düşünmək öhdəliyi hiss etmədiyini bildirib:

“Ölkənizin 8 müharibəni dayandırmağıma baxmayaraq mənə Nobel Sülh Mükafatını verməmək qərarına gəldiyini nəzərə alsaq, artıq yalnız sülh haqqında düşünmək məcburiyyətində deyiləm”.