Şamaxıda da anım mərasimi keçirildi - Fotolar

samaxida-da-anim-merasimi-kecirildi
Oxunma sayı: 498

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şamaxı şəhərində anım mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Şamaxı Şəhidlər Xiyabanında əlaqədar keçirilən anım mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak edib.

Öncə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının ruhlarına dualar oxunub, rayon rəhbərliyi tərəfindən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub, məzarlar üzərinə tər çiçəklər düzülüb.

Daha sonra Qanlı Yanvar faciəsində şəhid olmuş rayon sakinləri Məmmədov Vidadi Üzeyir oğlu və İsrayılov Ağanəzər Araz oğlunun Şamaxı şəhərinin Yeddi Günbəz və Laləzar qəbiristanlıqlarındakı məzarları ziyarət edilib və ailələrinə başsağlığı verilib.

Saat 12:00-da respublikanın hər yerində olduğu kimi Şamaxı rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqəlik dayandırılıb, dövlət bayraqları endirilib.