Rəsmilər Şəhidlər xiyabanında - Fotolar

resmiler-sehidler-xiyabaninda
Oxunma sayı: 830

Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, habelə, digər dövlət və hökumət rəsmiləri 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı Şəhidlər xiyabanını ziyarət ediblər.

“Qafqazinfo” xəbər verir ki, rəsmilər Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Fotolar: Xəyal Vəlizadə