Litva Prezidenti Gitanas Nauseda Azərbaycanın 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar şəhidlərin xatirəsini yad edib.
“Qafqazinfo” xəbər verir ki, Gitanas Nauseda öz “X” hesabında bununla bağlı paylaşım edib.
“Litva 1990-cı ilin yanvar ayında sovet təcavüzü zamanı şəhid olan günahsız insanların müqəddəs xatirəsini ehtiramla yad etdiyi bu gündə Azərbaycanla həmrəydir.
Sovet təcavüzü Azərbaycan xalqının iradəsini qıra bilmədi.
Ruhları şad olsun”, - deyə prezident bildirib.
Son xəbərlər
Son Xəbərlər