Çilidə meşə yanğını - 19 nəfər öldü+Video

cilide-mese-yangini
Oxunma sayı: 250

Çilinin cənubunda meşə yanğınları başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində 19 nəfərin öldüyü açıqlanıb.

“19 ölüm hadisəsi barədə məlumatımız var, 630 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.Yanğın ən azı 325 evi məhv edib. Xəsarət alan sakinlərin sayının 1500-dən çox olduğu təxmin edilir. Bir neçə icmada təxliyə əmri verilib”, - deyə Milli Fəlakətlərin İdarə Edilməsi Xidmətindən vurğulanıb.

Çilinin Milli Meşəçilik Korporasiyası yanğınsöndürənlərin ümumi sahəsi 32.600 hektardan çox olan 31 yanğınla mübarizə apardığını bildirib.

Qeyd edilib ki, şiddətli yanğınlar 17 yanvarda quru və isti hava şəraitində başlayıb.