Gəncədə 20 Yanvarla bağlı ümumşəhər tədbiri keçirildi - Fotolar

gencede-20-yanvarla-bagli-umumseher-tedbiri-kecirildi
Oxunma sayı: 639

Gəncə şəhər Şəhidlər Xiyabanında 20 Yanvar faciəsində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsinə həsr edilən anım mərasimi təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncədə səfərdə olan Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın oğlu, iş adamı Nəcməddin Bilal Ərdoğan, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai birlik nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və şəhər sakinləri iştirak ediblər.

Anım mərasimi hərbi orkestrin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Saat 12:00-da Gəncə şəhərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Niyazi Bayramov “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Daha sonra aparıcı tərəfindən 20 Yanvar faciəsi ilə bağlı məlumat verilib.

Mərasimdə Hacı Tahir Abbasov şəhidlərin ruhuna dualar oxuyub, Bilal Ərdoğana Qurani-Kərim kitabını hədiyyə edib.