Trampdan Qrenlandiya ilə bağlı - Etiraf

trampdan-qrenlandiya-ile-bagli
Oxunma sayı: 1023

ABŞ Prezidenti Donald Trampla Böyük Britaniyanın Baş naziri Keir Starmer​ arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, Tramp danışıq  zamanı Avropa qoşunlarının Qrenlandiyaya göndərilməsinin məqsədi barədə yanlış məlumatlandırılmış ola biləcəyini etiraf edib.

Qeyd edək ki,o, əvvəllər Qrenlandiyanın zorakılıqla ələ keçirilməsi ehtimalı ilə bağlı sualı cavablandırmaqdan yayınmışdı, lakin ada ilə bağlı razılaşma əldə olunmazsa, Avropadan gələn mallara tarif tətbiq etməyə hazır olduğunu bildirmişdi.