ABŞ səfirliyi 20 Yanvar faciəsi ilə bağlı başsağlığı verdi - Foto

abs-sefirliyi-20-yanvar-faciesi-ile-bagli-bassagligi-verdi
Oxunma sayı: 681

ABŞ səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, səfirliyin “X” hesabındakı paylaşımda deyilir:

“Bu gün biz Azərbaycan xalqı ilə birlikdə 1990-cı il yanvarın 20-də Sovet repressiyası zamanı həyatını itirmiş qəhrəman azərbaycanlıların xatirəsini ehtiramla yad edir, bu hüznlü gündə doğmalarını anan ailələrə dərin hüznlə başsağlığı veririk”.