Neftçalada 20 Yanvar şəhidləri anıldı - Fotolar

neftcalada-20-yanvar-sehidleri-anildi
Oxunma sayı: 472

Xalqımızın azadlığı uğrunda həlak olan 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini yad etmək üçün Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə 20 Yanvar şəhidləri üçün ucaldılan abidə ziyarət olunub, şəhidlərin xatirəsi ehtiramla yad edilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi, Yanvar hadisələri zamanı şəhid olan hərbi qulluqçuların və şəhid olan mülki vətəndaşların məzarları ziyarət olunub, gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.

Şəhid ailələri ilə görüşən RİH-in başçısı onların qayğıları, çətinlikləri ilə maraqlanıb və müvafiq tapşırıqlar verilib.

Saat 12:00-da isə 20 Yanvar şəhidlərinin əziz xatirəsi ölkə üzrə olduğu kimi Neftçala rayonunda da 1 dəqiqəlik sükutla yad edilib.