İki millimiz iki oyuna 14 qol buraxdı

iki-millimiz-iki-oyuna-14-qol-buraxdi
Oxunma sayı: 690

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda ilk oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, komandamız Monteneqro ilə üz-üzə gəlib. 

Yığmamız rəqibinə 2:7 hesabı ilə uduzub. 

Azərbaycan U-17 millisi də Avropa çempionatının seçmə mərhələsində Almaniyaya 0:7 hesabı ilə uduzub.