İrlandiyada səfərdə olan sabiq ABŞ Prezidenti Cozef Bayden və həyat yoldaşı Cill Bayden Fələstin yönümlü nümayişçilərin hücumuna məruz qalıb.
“Qafqazinfo” “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, hadisə sabiq Ağ Ev rəhbərinin oğlu Hanter Baydenin universitetin ən qədim tələbə cəmiyyətinin qızıl medalı ilə mükafatlandırılması mərasimində iştirak etmək üçün Dublin şəhərindəki Triniti Kollecə səfəri zamanı baş verib.
Belə ki, Cozef Bayden və ailəsi universiteti tərk edərkən “Rüsvayçılıq”, “Sənin əllərin qana bulaşıb”, “Soyqırımçı Co”, “Biz soyqırımına şərik olmayacağıq. Co Baydenin bu kampusda olmağı qadağandır” şüarları səsləndirən etirazçıların hücumuna məruz qalıb. Onlar sabiq ABŞ liderinin ailəsinə süd paketləri atıblar.
Təhlükəsizlik xidmətinin əməkdaşları ailəni atılan yad əşyalardan qorumağa çalışıb. Hadisə yerinə polis müdaxilə etməli olub. Ən azı iki etirazçının saxlanıldığı bildirilir. Hadisənin səbəbi və aksiyanın iştirakçılarının motivləri araşdırılır.




Son xəbərlər
Son Xəbərlər