Qax sakinini Masazırda maşın vurub öldürdü

qax-sakinini-masazirda-masin-vurub-oldurdu
Oxunma sayı: 648

Abşeron rayonunun Masazır qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Qax rayon sakini 52 yaşlı Cavidan Rəşidovu maşın vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov