Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video - Fotolar

erdoganla-quterres-eliyevi-qarsiladilar
Oxunma sayı: 3592

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş Prezident İlham Əliyevi, Sammitdə iştirak edən digər dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.

Sonra BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitinin iştirakçıları birgə foto çəkdiriblər.