Babək prospektində “BMW”nin körpüdən aşmasının - Anbaan videosu

babek-prospektinde-bmwnin-korpuden-asmasinin
Oxunma sayı: 1409

Bu gün paytaxtın Nizami rayonu ərazisində - Babək prospekti üzərindəki körpüdə “BMW” markalı avtomobilin aşmasının görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, idarəetmədən çıxaraq körpünün kənarındakı məhəccərə çırpılan nəqliyyat vasitəsi hündürlükdən köməkçi yola aşıb.

Banı üzərində yola düşən avtomobil yararsız hala düşüb.

Hadisə yerinə polis əməkdaşları və FHN-in xilasediciləri cəlb edilib.

Qəza nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.