“AzParking” sürücülərə müraciət etdi

azparking-suruculere-muraciet-etdi
Oxunma sayı: 223

Son günlərdə xarici nömrələrdən “AzParking” adından ödənilməmiş parklanma haqqı ilə bağlı saxta mesajlar göndərilir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı qurum məlumat yayıb.

İstifadəçilərə naməlum nömrələrdən göndərilən parklanma borcu ilə bağlı bildirişlərə etibar etməmələri və şübhəli linklərə daxil olmaları tövsiyə edilib.

“1181 qısa nömrəsi xaricində parklanma ilə bağlı daxil olan digər bildirişlər etibarsızdır” “AzParking”in müraciətində qeyd edilib.