Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təkcə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitinə qatılan Kipr Respublikasının Prezidenti Nikos Xristodulidisin qarşılanma mərasimində iştirak etməyib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kipr liderini BMT-nin Baş katibi Antonio Quterreş tək qarşılayıb.
Kipr hökumətinin rəsmi nümayəndəsi Konstantinos Letimbiotis Ərdoğanın bu hərəkətini “BMT-yə qarşı hörmətsizlik” adlandırıb.
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) rəhbəri Tufan Erhürmanı isə Ərdoğan şəxsən qarşılayıb, bu zaman BMT-nin Baş katibi qarşılama zonasında olmayıb.
Türkiyə tərəfi hələlik bununla bağlı heç bir rəsmi açıqlama verməyib.
Qeyd edək ki, COP31-in Liderlər Sammiti 11-12 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilir.
Son xəbərlər
Son Xəbərlər