Azərbaycan samboçusu dünya çempionatında gümüş medal qazandı

azerbaycan-sambocusu-dunya-cempionatinda-gumus-medal-qazandi
Oxunma sayı: 384

Azərbaycan samboçusu Tuncay Şamil Özbəkistanın paytaxtı Daşkənddə keçirilən böyüklər arasında sambo üzrə 50-ci yubiley dünya çempionatında uğurlu çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, 98 kq çəki dərəcəsində mübarizə aparan idmançımız dünya çempionatının gümüş medalına sahib olub.

Çempionluğa gedən yolda Tuncay Şamil Ermənistan, Gürcüstan və Özbəkistan təmsilçilərini məğlub edərək finala yüksəlib. 

“Neftçi” idman klubunun yetirməsi olan samboçu dünya çempionatının həlledici görüşünə vəsiqə qazanıb.

Finalda Tuncay Şamilin rəqibi üçqat dünya və ikiqat Avropa çempionu olan Rusiya təmsilçisi olub. Titullu rəqibinə qarşı gərgin mübarizə aparan Azərbaycan idmançısı yekunda məğlub olaraq gümüş medalla kifayətlənib.