Əri çıxış edərkən sabiq Baş nazirlə mübahisə etdi - Video

eri-cixis-ederken-sabiq-bas-nazirle-mubahise-etdi
Oxunma sayı: 280

İsrail parlamentinin seçkilərdən sonra baş tutan ilk iclası gərgin anlarla yadda qalıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Knessetin noyabrın 10-da keçirilən iclası zamanı hazırkı Baş nazir Benyamin Netanyahu çıxış edərək formalaşdırıla biləcək yeni hökuməti kəskin tənqid edib. 

Netanyahu ərəb partiyalarının dəstəyi ilə yaradıla biləcək koalisiyaya qarşı çıxıb və belə bir hökumətin İsrailin gələcəyini təhlükə altına salacağını iddia edib.

Bu zaman sabiq Baş nazir Naftali Bennett Netanyahudan Qətəri niyə İsrailin düşməni adlandırmadığını soruşub. İsrail hökumətinin hazırki rəhbərinin həyat yoldaşı Sara Netanyahunun Bennettə kəskin reaksiya verməsi tərəflər arasında mübahisəyə səbəb olub. Mübahisə zamanı Netanyahu çıxışını dayandırmaq məcburiyyətində qalıb. 

Müxalifətin baş nazir postuna namizədi Qadi Ayzenkot isə təmkinini pozmayıb və mübahisəyə reaksiya verməyib.

Xatırladaq ki, İsrail Prezidenti İshaq Hersoq oktyabrın 27-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, yeni hökuməti formalaşdırmaq mandatını müxalif “Yaşar” partiyasının lideri Qadi Ayzenkota verib.