İsveçrə Bosniyanı darmadağın etdi

isvecre-bosniyani-darmadagin-etdi
Oxunma sayı: 308

DÇ-2026-nın B qrupunda İsveçrə və Bosniya və Herseqovina yığmaları Los-Anceles şəhərindəki “Los Angeles” stadionunda qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, qolların oyunun son 15 dəqiqəsində vurulduğu qarşılaşma İsveçrə millisinin 4:1 hesablı darmadağını ilə başa çatıb.

Matçda hesabı 74-cü dəqiqədə İsveçrənin heyətində Yohan Manzambi açıb. 80-ci dəqiqədə bosniyalı Tarik Muharemoviç qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub və bu, oyunun taleyini həll edib.

Azlıqda qalan rəqibini sıxışdıran Hakan Yakının yetirmələri 84-cü dəqiqədə Varqasla fərqi artırıblar. 90-cı dəqiqədə Manzambi dublunu rəsmiləşdirib. Bosniya və Herseqovina 93-cü dəqiqədə Mahmiçlə təsəlli qolunu vursa da, matçda son nöqtəni 90+7-ci dəqiqədə Qranit Caka qoyub.

Bu nəticədən sonra xallarını 4-ə yüksəldən İsveçrə növbəti mərhələ üçün böyük üstünlük qazanıb. Komanda qrupdakı son matçında Kanada ilə üz-üzə gələcək. Aktivində cəmi 1 xal olan Bosniya və Herseqovina isə son oyunda Qətərlə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, bu qrupun digər oyununda Kanada və Qətər yığmaları qarşılaşır.